“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

15 may 2018, 20:37

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununu “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 76; 2007, № 10, maddə 933; 2008, № 6, maddələr 464, 475; 2013, № 1, maddə 19, № 6, maddə 618, № 11, maddələr 1240, 1306; 2017, № 7, maddə 1278; Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1033-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.0.1.11-ci, 7.0.10-1-ci, 9.4-cü və 11.3-cü maddələr ləğv edilsin.

2. 6.2-ci maddədən “və işsizlik müavinəti” sözləri çıxarılsın.

3. 7.0.13-cü maddədə “və 4.0.1.11-ci” sözləri çıxarılsın və “şəxs” sözündən sonra “, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs” sözləri əlavə edilsin;

4. 8-ci maddə üzrə:

4.1. birinci cümlədən “işsizlik müavinəti və” sözləri çıxarılsın;

4.2. ikinci cümlədə “İşsizlik müavinətinin məbləği “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa, vəfat” sözləri “Vəfat” sözü ilə əvəz edilsin və “isə” sözü çıxarılsın.

5. 9.1-ci maddədən “işsizlik müavinəti və” sözləri çıxarılsın.

6. 10.1-ci maddənin birinci cümləsindən “(işsizlik müavinəti istisna olmaqla)” sözləri və ikinci cümləsi çıxarılsın.

7. 11.1-ci, 12.1-ci və 12.2-ci maddələrdən “(işsizlik müavinəti istisna olmaqla)” sözləri çıxarılsın.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2018-ci il.

SƏNƏDLƏRSərəncamlar18 may 2018
18:35
Muzey işi sahəsində çalışan bir qrup şəxsə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında muzey işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azə...

18 may 2018, 18:35
XƏBƏRLƏRMətbuat xidmətinin məlumatı18 may 2018
16:30
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib

Mayın 18-də Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Söhbət zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında əməkdaşlığa dair aktual məsələləri müzaki...

18 may 2018, 16:30