15 may 2018, 15:30

Ağaverdi Əmrahovdan, Ağstafa, Azərbaycan

Hörmətli cənab Prezident.

“Ağstafa rayonunun Kolayır-Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” 3 may 2018-ci il tarixli Sərəncamınız yolun keçdiyi 5 yaşayış məntəqəsinin əhalisinin böyük sevincinə səbəb oldu.

Kənd sakinləri adından Sizə təşəkkür edirik ki, gediş-gəlişlə bağlı çətinliklərimizə son qoydunuz. Yeni yolun tikintisi əhalinin rayon mərkəzi ilə yanaşı, qonşu rayonlarla və kəndlərlə əlaqəsini xeyli yaxşılaşdırdı. Kənd camaatının yetişdirdiyi məhsulların bazarlara rahat çıxarılması, sakinlərin asan hərəkəti təmin olunub.

Bütün sakinlər adından Sizə minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Əmrahov Ağaverdi İmamverdi oğlu, kənd ağsaqqalı.

Azərbaycan Respublikası, Ağstafa rayonu, Xılxına kəndi.