15 may 2018, 14:00

Səməngül Bədəlovadan, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Siz xalqımızın ümidgahı, xilaskarımız Heydər Əliyev yolunu layiqincə və inamla davam etdirirsiniz.

Ailəmiz qaçqın vəziyyətinə düşdükdən sonra İsmayıllı rayonunda məskunlaşmışıq. Oğlum və qızım üçün dövlət hesabına ev tikilib istifadəmizə verilib. Sizin sayənizdə övladlarım və nəvələrimlə birgə xoşbəxt həyat yaşayıram. Bütün bunlara görə bir ana, bir ailə başçısı kimi Sizə dərin minnətdarlığımı bildirirəm.

Onu da fərəhlə bildirmək istəyirəm ki, seçkilərdəki inamlı qələbənizdən sonra nəvələrimin gələcəyindən daha da arxayın olmuşam. Bu arxayınlıqdan yaranan daxili bir rahatlıqla Allahın bəxş etdiyi ömrü Sizə dua edərək yaşayıram.

Bu günlərdə sevincimiz daha da artıb. Yaşadığımız 28 May küçəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar yenidən abadlaşdırılır. Küçədə aparılan asfaltlama işləri artıq başa çatıb, yeni işıqlandırma sistemi quraşdırılır. Küçəmizin abadlaşdırılmasına, şəhərimizdə, rayonumuzda gedən tikinti-quruculuq işlərinə baxdıqda bir daha əmin oluruq ki, bütün bunlar Sizin xalqa qayğınızın, rayonlara diqqətinizin nəticələridir.

Cənab Prezident, biz əminik ki, xalqımız Sizin rəhbərliyinizlə hələ çox xoşbəxt günlər görəcək, daha firavan həyat yaşayacaq.

Çox sağ olun, əziz oğul! Allah Sizi qorusun.

Hörmətlə,

Bədəlova Səməngül.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.