Malayziyanın Baş naziri Zati-aliləri cənab Mahathir Məhəmmədə

14 may 2018, 16:15

Hörmətli cənab Baş nazir,

Malayziyanın Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Malayziya arasındakı dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bakıdakı görüşümüzü ən xoş təəssüratlarla xatırlayır, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Malayziya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 may 2018-ci il.