12 may 2018, 15:30

Qabil Quliyevdən, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident.

Milli teatr sənəti qarşısındakı xidmətlərimi yüksək qiymətləndirərək məni Prezident mükafatına layiq gördüyünüzə görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Sizin milli-mənəvi dəyərlərimizə göstərdiyiniz qayğı və diqqət göz önündədir. Sizin qayğınız sayəsində bu gün milli teatrımız yeni intibah dövrünü yaşayır. Həmçinin bu diqqət və qayğı biz sənət adamlarının üzərinə daha böyük məsuliyyət qoyur.

Sizin məqsədyönlü siyasətiniz nəticəsində gündən-günə inkişaf edən Azərbaycanımız dünyanın sürətlə inkişaf edən dövlətləri sırasında öz layiqli yerini tutub.

Cənab Prezident, xalqımızın rifahının yaxşılaşması və dövlətçiliyimizin möhkəmlənməsi naminə fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və uzun ömür arzu edirəm.

Hörmətlə,

Quliyev Qabil Əzizulla oğlu, Xalq Artisti.

Azərbaycan Respublikası, Lənkəran şəhəri.