12 may 2018, 15:20

Ella Yaqubovadan, Mingəçevir, Azərbaycan

Möhtərəm cənab Prezident.

İlk öncə Sizi prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Xalqımızın rifahının daha da yüksəldilməsi istiqamətində apardığınız işlərdə Sizə uğurlar arzulayıram.

Mayın 9-da imzaladığınız Sərəncamla mənə Prezident mükafatı verdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən 53 ildir ki, Azərbaycan teatr sənətinə xidmət edirəm və ömrümün sonuna qədər də xidmət etməyə hazıram.

Hörmətlə,

Yaqubova Ella İsmayıl qızı.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.