12 may 2018, 14:30

Şəmən Yusifovadan, Ağstafa, Azərbaycan

Möhtərəm cənab Prezident.

Biz ağstafalılar Sizin böyük diqqət və qayğınızı daim üzərimizdə hiss edir və buna görə Sizə sonsuz minnətdarlığımızı bildiririk. Təkcə bu il ərzində Ağstafada yeni məktəblərin tikilməsi, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması və Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli avtomobil yolunun yenidən qurulması üçün imzaladığınız Sərəncam bu diqqət və qayğının bariz nümunələridir.

Biz ağstafalılar aprelin 11-də keçirilmiş prezident seçkilərində ölkəmizin işıqlı gələcəyinə, əmin-amanlığına, böyük zəfərlərinə səs verdik. Allahdan xalqımıza Sizin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə daha böyük uğurlar, qələbələr diləyirik. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Yusifova Şəmən Qəşəm qızı.

Azərbaycan Respublikası, Ağstafa rayonu.