12 may 2018, 13:30

Gülçöhrə Şəfiyevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin may ayının 9-da imzaladığınız Azərbaycan mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdlərinin verilməsi haqqında Sərəncamınızla təltif olunanlar arasında mənim də adım var. Ulu Öndərin layiqli davamçısı olaraq Siz həmişə xalqımızın qayğısına qalır, hansı sahəni təmsil etməsindən asılı olmayaraq dövlətimizin tərəqqisi naminə əzmlə çalışan insanlara layiqli qiymət verirsiniz. Buna görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, dövlətimizin daha da inkişafı istiqamətində fəaliyyətinizdə böyük uğurlar diləyirəm. Mən hər zaman olduğu kimi, bundan sonra da Vətənimə, dövlətimə, sevimli Prezidentimə ləyaqətlə xidmət edəcəyəm.

Dərin hörmətlə,

Şəfiyeva Gülçöhrə Məmməd qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri.