11 may 2018, 13:10

Nəzir Muradov və başqalarından, Zaqatala, Azərbaycan

Hörmətli cənab Prezident.

Yaşadığımız Əliabad qəsəbəsinə göstərilən diqqət sayəsində qəsəbəmiz gündən-günə abadlaşır, gözəlləşir. Aparılan geniş abadlıq-quruculuq işləri və yol infrastrukturunun yenidən qurulması əliabadlılara bəslənən yüksək qayğının təzahürüdür.

Ölkəmizin hər yerində olduğu kimi, qəsəbəmizdə də yeni təhsil müəssisələri tikilib, körpələr evi, mədəniyyət evi, idman zalı əsaslı təmir olunaraq istifadəyə verilib. Qəsəbəmizə təbii qaz xəttinin çəkilməsi isə sakinlərin böyük sevincinə səbəb olub. Hazırda Sizin müvafiq Sərəncamınıza uyğun olaraq kəndlərarası avtomobil yolunun asfaltlanması davam etdirilir.

Cənab Prezidentimiz, bizə göstərdiyiniz bu diqqət və qayğıya görə Əliabad qəsəbə ziyalıları adından Sizə dərin ehtiramımızı və minnətdarlığımızı bildiririk.

Fürsətdən istifadə edərək, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Zati-alinizə uzun ömür, möhkəm cansağlığı, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayırıq.

Sizinlə - xalqın sevimli Lideri ilə fəxr edirik.

Hörmətlə,

Muradov Nəzir İbadulla oğlu

Madayev Şahid Ağabəy oğlu

Abakarov Arzuman Sirac oğlu

Vəliyev Eldəniz Xəlilbəy oğlu və başqaları.

Azərbaycan Respublikası, Zaqatala rayonu, Əliabad qəsəbəsi.