11 may 2018, 11:05

Mustafa Rəhimov və başqalarından, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin sərəncamlarınız və dəstəyinizlə Lənkəranda təhsil sahəsinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Rayonumuzun ən ucqar yaşayış məntəqələrində belə köhnə, yararsız binalarda yerləşən məktəblər təmir olunur və ya onlar üçün yeni binalar inşa edilir.

Bizim Siyavar kəndindəki məktəb də uzun illər idi ki, köhnə binada yerləşirdi. Məhz Sizin qayğınız sayəsində həmin bina sökülərək yerində modul tipli məktəb quraşdırılaraq istifadəyə verildi. Bu, hamımızın – valideynlərin, müəllimlərin və şagirdlərin böyük sevincinə səbəb oldu. İndi övladlarımız hər cür şəraiti olan yeni dərs otaqlarında təhsil alırlar.

Hörmətli cənab Prezident, gənc nəslin təlim-tərbiyəsinə və sağlam böyüməsinə davamlı diqqət və qayğınıza görə Sizə dərin minnətdarlığımızı çatdırır, məsuliyyətli və şərəfli fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirik.

Tanrı Sizi qorusun.

Kənd sakinləri adından dərin hörmətlə,

Rəhimov Mustafa

Əmənov Cəbrayıl

Abbasov İsmayıl

Bağırov Elçin.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Siyavar kəndi.