11 may 2018, 10:00

Söhrab Məmmədovdan, Tovuz, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Biz dahi siyasətçi, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu hər zaman dəstəkləmişik. Siz bu kursu uğurla həyata keçirir, onu dövrün tələbinə uyğun daha da zənginləşdirirsiniz.

Sizin imzaladığınız fərman və sərəncamlar xalqın mənafeyinə xidmət edir, insanlar üçün yeni üfüqlər açır. Dünya ölkələrinin bir çoxunda, eləcə də bədxah qonşumuz Ermənistanda daxili gərginliyin, çaxnaşmanın pik həddə çatdığı bir zamanda, bu gün xalqımız çox dinc, azad, firavan həyat sürür.

Əlbəttə ki, bu firavanlıq Sizin məqsədyönlü siyasətinizin məhsuludur. Biz gələcəyə Sizinlə addımlayacaq, inşallah Qarabağı qaytaracağıq!

Hörmətlə,

Məmmədov Söhrab Əlixan oğlu

Tarix müəllimi

Azərbaycan Respublikası, Tovuz rayonu, Həsənli kəndi.