05 may 2018, 15:00

Nərgiz Qasımovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində mən 2014-2016-cı illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində magistr təsili almışam. Sizin təşəbbüsünüzlə icra edilən bu proqram Azərbaycan gənclərinin müasir təhsil almalarına, dünya görüşlərini artırmalarına şərait yaradır.

Çox sevindirici haldır ki, ölkəmizin təhsil səviyyəsinin müasir standartlara uyğunlaşması və milli təhsil sistemimizin inkişafı istiqamətində görülən işlər daim Sizin diqqətinizin mərkəzindədir. Bunun nəticəsində mən və mənim kimi yüzlərlə Azərbaycan gənci bu fürsətdən istifadə edərək, xarici ölkələrin nüfuzlu universitetlərində yüksək səviyyəli təhsil almaq imkanı qazandıq.

Eyni zamanda, qeyd etmək istəyirəm ki, mənim dövlət qulluğunda çalışmaqla bağlı müraciətimə qısa müddətdə baxıldı və müsbət cavablandırıldı. Aldığım təhsil və təcrübəyə söykənərək dövlətimə xidmət etmək şansı qazanmaq çox qürurverici hisdir.

Əziz Prezidentimiz, əldə etdiyim bu uğurlara görə, ilk növbədə, Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, hər zaman etimadı doğrultmağa çalışacağam.

Hörmətlə,

Qasımova Nərgiz Emin qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.