04 may 2018, 17:40

Ramazan Nəzərov və başqalarından, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq müstəqil Azərbaycanımızı durmadan inkişaf etdirirsiniz. Buna görə də hər zaman xalqımızın qəlbindəsiniz.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurla icra edilməsi bizi sevindirir. Bu işlərin müsbət nəticələrini, yerli əhaliyə bəxş etdiyi rahatlığı görür və təqdir edirik.

Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir. Ümummilli lider Heydər Əliyevin bu sözlərini Siz hər zaman uca tutaraq respublikamızda yol infrastrukturunun yaxşılaşdırılmasına xüsusi önəm verirsiniz.

Əziz Prezidentimiz, yaşadığımız Türkoba kəndini qonşu Şatıroba və digər kəndlərlə birləşdirən yollar da bu yaxınlarda əsaslı təmir olundu. İnsanların firavan həyatına xidmət edən bu savab işlərinizə görə Sizə minnətdarlığımızı bildirir, fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Nəzərov Ramazan

Quliyev Səyyad

Nuriyev Elşad

Əsgərov Bayraməli.

Azərbaycan Respublikası, Masallı rayonu, Türkoba kəndi.