01 may 2018, 12:30

İqbal Mürsəlovdan, Abşeron, Azərbaycan

Möhtərəm cənab Prezident.

İlk öncə Sizi Prezident seçkilərində parlaq qələbəniz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar diləyirəm.

Bu məktubu Sizə dərin minnətdarlıq hissi ilə yazıram. Mən ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışam. Birinci qrup Qarabağ müharibəsi əliliyəm və hazırda əlil arabası ilə hərəkət edirəm. Biz müharibə əlilləri Sizdən çox razıyıq. Siz mənə və Vətənimizin bütövlüyü uğrunda sağlamlığını itirən mənim kimi digər insanlara xüsusi qayğı və diqqət göstərirsiniz.

Sizin rəhbərliyiniz altında respublikamızda gedən quruculuq, abadlıq işlərini saymaqla bitməz. Bu işlərdən bizim Abşeron rayonuna da böyük pay düşüb. Yaşadığımız Xırdalan şəhəri və ətraf qəsəbələr gündən-günə gözəlləşir, insanların rifahı yaxşılaşır.

Əziz Prezidentimiz, bir daha Sizə və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun.

Hörmətlə,

Mürsəlov İqbal,

I qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.