30 aprel 2018, 17:05

Ramil Babayevdən, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Son 15 ildə respublikamızda aparılan irimiqyaslı tikinti, abadlıq, quruculuq işləri bizi ürəkdən sevindirir. Görülən bu işlər Ağdam rayonunda da uğurla davam etdirilir.

Biz fermerlərə göstərdiyiniz diqqət və qayğının bariz nümunəsidir ki, kənd təsərrüfatında ciddi dönüş yaranıb. Pambıqçılığın, baramaçılığın inkişafı fermerləri daha da həvəsləndirir. İndi işlərimizi daha səmərəli quraraq, əkin sahələrini genişləndiririk.

Cənab Prezident, biz ağdamlılar Sizin yenidən Prezident seçilməyinizi və apardığınız məqsədyönlü siyasəti alqışlayır, Sizə gələcək işlərinizdə uğurlar diləyirik. Biz həmişə Sizinləyik.

Hörmətlə,

Babayev Ramil.

Azərbaycan Respublikası, Ağdam rayonu, Xındırıstan kəndi.