Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyin Yusubovdan

28 aprel 2018, 14:38

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Gürcüstan azərbaycanlıları adından səmimi qəlbdən təbrik edirik.

Azərbaycanın inkişafı, ərazi bütövlüyünün bərpa olunması istiqamətində fəaliyyətinizdə Sizə uğurlar arzu edirik.

Ümidvarıq ki, xarici siyasətinizdə bizim vətənimiz Gürcüstana dostluq və qardaşlıq münasibətləri bundan sonra da yüksək səviyyədə olacaqdır.

Hörmətlə,

Hüseyin Yusubov

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri