26 aprel 2018, 18:50

Həmid Qəniyevdən, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Siz milli maraqlara əsaslanan siyasətinizi cəsarətlə davam etdirərək, müdrik qərarlarınızla həyatımıza yeni nəfəs gətirirsiniz. Müstəqil Azərbaycanımızda quruculuq işlərinin geniş vüsət alması, iqtisadi sahədə misilsiz nailiyyətlərin qazanılması, ictimai-siyasi sabitliyə və vətəndaş həmrəyliyinə nail olunması, siyasi-iqtisadi cəhətdən güclü dövlətin yaradılması, hər bir Azərbaycan vətəndaşının firavan həyata sahib olması və vətəndaşların rifahının yüksəlməsi istiqamətində gördüyünüz işlər danılmazdır.

Ulu öndər Heydər Əliyev hələ o vaxt nitqində Sizin haqqınızda “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” demişdi. Həyat bu sözlərin nə qədər böyük bir həqiqət olduğunu bütün dünyaya göstərdi.

Cənab Prezident, Siz respublikanın bölgələrinə tez-tez səfərlər edir, əhalinin problemləri ilə maraqlanır və həmin məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verirsiniz. Bu işlərinizin hədiyyəsi xalqın böyük dəstəyi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz oldu. Fürsətdən istifadə edərək, bu münasibətlə Sizi təbrik edirəm.

Cənab Prezident, yaxşı ki, varsınız və Azərbaycan Respublikasının Prezidentisiniz. Sizi daim dəstəkləyirəm. İlhamla irəli!

Hörmətlə,

Qəniyev Həmid Daşqın oğlu. 

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi.