26 aprel 2018, 17:00

Mirəli Məmmədovdan, Xızı, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Sizin ölkəmizin inkişafı naminə həyata keçirdiyiniz tədbirləri, əhalinin rifahının yaxşılaşdırılması üçün verdiyiniz sərəncamları çox yaxşı xatırlayırıq. Ölkəmizdəki inkişafı, firavanlığı, sabitliyi nəzərə alaraq bu yaxınlarda keçirilən prezident seçkilərində hamılıqla yenidən Sizə səs verdik. İnanırıq ki, Siz bundan sonra da ulu öndər Heydə Əliyevin siyasətini layiqincə davam etdirəcəksiniz.

Cənab Prezident, Sizin göstərişləriniz sayəsində bütün bölgələrdə olduğu kimi, bizim rayonumuzun qəsəbə və kəndlərində də yeni yollar çəkilir. Buna görə qəsəbə sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Məmmədov Mirəli, ehtiyatda olan hərbçi.

Azərbaycan Respublikası, Xızı rayonu, Giləzi qəsəbəsi.