Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Francis Qarridən

26 aprel 2018, 15:35

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ali dövləti vəzifənizdə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə daha da inkişaf edəcək.

İnanıram ki, Azərbaycan Respublikası ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) arasında ən yüksək səviyyədə olan əlaqələr davam etdiriləcək və gələcəkdə daha da möhkəmlənəcək.

Hörmətli cənab Prezident, mənim ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Francis Qarri

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının

baş direktoru