İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü

25 aprel 2018, 13:50

Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfərinin əlaqələrimizin inkişafı baxımından əhəmiyyəti qeyd olundu. Münasibətlərimizin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu. Ölkələrimizin birlikdə həyata keçirdikləri qlobal əhəmiyyətli layihələrin əhəmiyyəti xüsusi qeyd edildi.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.