24 aprel 2018, 15:30

Məşi Qüsrətovdan, Yardımlı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Prezident seçkilərində parlaq qələbə qazanmaqla Siz bir daha sübut etdiniz ki, fəaliyyətiniz dövründə hər bir azərbaycanlının Prezidenti olmusunuz.

Cənab Prezident, yaşadığımız Yardımlı rayonunun Gavran kəndinə təbii qaz xəttinin çəkilməsi sakinlərimizin böyük sevincinə səbəb oldu. Bir vaxtlar bizə xəyal kimi görünən layihələr bu gün Sizin rəhbərliyinizlə reallığa çevrilir. Mən çox sevinirəm ki, ömrümün bu müdrik çağında belə sevincli günlərin şahidi oldum.

Sizə möhkəm cansağlığı, uzun ömür, şərəfli fəaliyyətinizdə böyük uğurlar arzulayıram. Allah Sizi qorusun.

Hörmətlə,

Məşi Qüsrətov, təqaüddə olan müəllim.

Azərbaycan Respublikası, Yardımlı rayonu, Gavran kəndi.