24 aprel 2018, 15:20

Lalə Rəhimovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Prezident seçkilərində mütləq səs çoxluğu ilə qələbə qazanmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan xalqı özünün firavan, işıqlı gələcəyini Sizinlə görür və Sizinlə fəxr edir. Sizin apardığınız həm daxili, həm də xarici siyasət bir amala – xalqımızın rifahına, Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə xidmət edir. Biz əminik ki, Sizin müdrik, balanslaşdırılmış siyasətiniz nəticəsində Qarabağ torpaqları tezliklə işğaldan azad ediləcək və respublikamızın hər guşəsində olduğu kimi, o torpaqlarda da abadlıq-quruculuq işləri aparılacaqdır.

Əziz Prezidentimiz, Milli Qəhrəman anası olaraq şəxsən mən özüm və Suraxanı rayonundan olan şəhid ailələri Sizə minnətdarıq ki, yeni prezidentlik dönəmində ilk Fərmanınız Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı oldu.

Sizə şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayırıq. Biz Sizinlə - xalqın sevimli lideri ilə fəxr edirik.

Hörmətlə,

Rəhimova Lalə.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.