Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 25 iyun tarixli 929 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

23 aprel 2018, 19:32

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 25 iyun tarixli 929 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı haqqında Əsasnamə”ni “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 835-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 25 iyun tarixli 929 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 657; 2015, № 9, maddə 1023) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 4.3-cü bənddə “elmi təşkilatların və” sözləri “elmi müəssisə və təşkilatların, habelə” sözləri ilə əvəz edilsin.

2. 4.9-cu bəndin ikinci cümləsində “elmi tədqiqat idarələri və” sözləri “elmi müəssisə və təşkilatlar, habelə” sözləri ilə əvəz edilsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 aprel 2018-ci il.

SƏNƏDLƏRSərəncamlar18 avqust 2018
16:59
Lerik rayonunun Piran–Hamarat–Vıjaker avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Doqquz min nəfər əhalinin yaşadığı 28 yaşayış məntəqəsini birləşdirən Piran–Hamarat–Vıjaker avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respubl...

18 avqust 2018, 16:59
SƏNƏDLƏRSərəncamlar17 avqust 2018
17:59
Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daştatük–Biləsər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respubl...

17 avqust 2018, 17:59