23 aprel 2018, 17:20

Vidadi Zərbiyevdən, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz sadə insanlara həmişə böyük diqqət və qayğı göstərmisiniz. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqaüdlərin verilməsi, onların ev, mənzil və avtomobillərlə təmin edilməsi bunun bariz nümunələridir.

Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu sözdə də, əməldə də sübuta yetirmisiniz. Yenidən Prezident seçildikdən sonra ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması üçün imzaladığınız Fərman bunu bir daha sübut etdi.

Möhtərəm cənab Prezident, bütün bunlara görə İsmayıllı rayonunda yaşayan şəhid ailələri adından Sizə dərin minnətdarlığımızı bildirir, gələcək işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Zərbiyev Vidadi.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.