21 aprel 2018, 12:30

Arzu Bayramovadan, Bakı, Azərbaycan

Cənab Ali Baş Komandan, əziz Prezidentimiz İlham Əliyev.

“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanınız məni çox sevindirdir. Buna görə ailəm adından Sizə dərin təşəkkürümü bildirirəm.

Cənab Prezident, biz bu gün firavan ölkədə yaşayırıq. Vətən uğrunda vuruşmuş qəhrəman insanların ailələrinə göstərdiyiniz diqqət və qayğı bizi daha da ruhlandırır. İnanıram ki, atamın ruhu da şaddır. Çünki onun uğrunda canından keçdiyi Vətəni əmin əllərdədir.

Hörmətli cənab Prezident, gündən-günə abadlaşan Azərbaycanımızın müstəqil gənci olduğum üçün fəxr edirəm. Biz, Azərbaycan xalqı dahi Ulu Öndərin yolu ilə hələ çox uğurlara Sizinlə birgə addımlayacayıq. Allah daim Sizi qorusun.

Hörmətlə,

Bayramova Arzu Ramiz qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.