İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Dr. Halit Erendən
20 aprel 2018, 19:01
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zali-alinizə ən səmimi təbriklərimi çatdırır, Sizə ali dövləti vəzifənizdə uğurlar diləyirəm.
Əminik ki, Prezidentliyinizin yeni dönəmində də qardaş Azərbaycanın sabitliyinə və inkişafına, xalqınızın xoşbəxtliyinə və rifahına böyük töhfələr verəcəksiniz.
İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət qurumu olan Mərkəzimiz ilə Azərbaycandakı akademik qurumlar və mədəniyyət müəssisələri arasında davam edən əməkdaşlığın Zati-alinizin liderliyi ilə daha da möhkəmlənəcəyinə inanıram.
Bu xoş fürsətdən istifadə edərək bir daha təbriklərimi çatdırır, bölgədə sülhün, əmin-amanlığın və sabitliyin təmin olunması naminə həyata keçirdiyiniz siyasətin davamlı olmasını diləyirəm
Dərin ehtiramla,
Dr. Halit Eren
İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma
Mərkəzinin (IRCICA) baş direktoru
Türkiyə Respublikası, İstanbul şəhəri