Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Qırğız Respublikasındakı inquş diasporu adından səmimi qəlbdən təbrik edirəm.
Sizin qələbəniz şəxsən Zati-alinizə və dövlətin fəaliyyətinin bütün sahələrinin hərtərəfli inkişafı və möhkəmlənməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin güclənməsi, regional və qlobal təhlükəsizliyin təmin edilməsi üçün həyata keçirdiyiniz siyasi xəttə ümumxalq etimadının parlaq təsdiqidir.
Əminəm ki, Qırğızıstanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin rifahı naminə tərəfdaşlıq ruhunda davam etdiriləcək. Yürütdüyünüz daxili və xarici siyasət əminlik yaradır ki, Sizə xas olan müdriklik və qətiyyət Azərbaycan xalqının rifahını daha da yaxşılaşdıracaq və onun başqa xalqlarla daim mehriban münasibətlərinin möhkəmlənməsinə kömək edəcək.
Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə müvəffəqiyyət, dost Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
Əlixan Xamxoyev
Qırğızıstan Xalqları Assambleyası
nəzdində inquş diasporunun sədri