Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırırıq. Ümidvarıq ki, yeni prezidentliyiniz dövründə Azərbaycanla Ukrayna arasında ümumi fundamental dəyərlərə və prinsiplərə, habelə qlobal siyasi və iqtisadi maraqlarımıza əsaslanan dostluq münasibətləri daha da dərinləşəcəkdir.
Regionda sabitlik və firavanlıq kimi ümumi məqsədlərə nail olunması, həmçinin Ukrayna və Xarici Ölkə Kazakları Birləşmiş Radasının dəstəyi və yardımı ilə kazakların dirçəlişi yolunda fəaliyyətinizdə uğurlar diləyirik.
Hörmətlə,
Mixail Yamnenko
“Beynəlxalq Kazak Akademiyası” Beynəlxalq İctimai
Təşkilatının prezidenti, ordu generalı
Sergey Samuylov
Azərbaycan Respublikasında Ukrayna və Xarici Ölkə Kazakları Birləşmiş Radasının konsulu, Azərbaycan Kazaklar Birliyinin atamanı, kazak general-leytenantı
Fikrət Vəliyev
Azərbaycan Respublikasında Ukrayna və Xarici Ölkə Kazakları Birləşmiş Radasının iqtisadi məsələlər üzrə müşaviri, “Beynəlxalq Kazak Akademiyası” vitse-prezidentinin müşaviri, general-leytenant