GUAM-ın baş katibi Altay Əfəndiyevdən

16 aprel 2018, 18:25

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Sizi aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM adından və şəxsən öz adımdan təbrik edirəm.

GUAM-ın müşahidə missiyasının üzvü qismində Bakı, Sumqayıt şəhərlərində və ətraf qəsəbələrdəki seçki məntəqələrində olarkən seçicilərin yüksək fəallığına, seçki prosesinin qüsursuz təşkilinə və ölkə vətəndaşlarının öz iradələrini sərbəst ifadə etmələri üçün hər cür şərait yaradıldığına şahid oldum.

Sizin inamlı qələbəniz ölkənin inkişafına və xalqın rifahının yüksəlməsinə yönəlmiş siyasi xəttinizə Azərbaycan xalqının böyük etimadının göstəricisidir.

Sizin rəhbərliyiniz ilə Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edərək beynəlxalq arenada mühüm tərəfdaşa, sabitliyin və məhsuldar əməkdaşlığın önəmli amilinə çevrilmişdir.

Qurucularından biri dahi Heydər Əliyevin olduğu Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM çərçivəsində regional əməkdaşlığın inkişafında Azərbaycanın yerini və rolunu, Sizin şəxsi töhfənizi biz yüksək dəyərləndiririk.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, güclü, müstəqil, inkişaf etmiş və demokratik Azərbaycanın tərəqqisi yolunda Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram. Ümidvaram ki, regionda sülh, sabitlik, dost ölkələrimizin və xalqlarımızın tərəqqisi və rifahı naminə GUAM çərçivəsində sıx qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da davam edəcəkdir.

Dərin hörmətlə,

Altay Əfəndiyev

GUAM-ın baş katibi.

Ukrayna, Kiyev şəhəri

SƏNƏDLƏRSərəncamlar21 aprel 2018
18:44
İ.İ.Kərimovun Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiy...

21 aprel 2018, 18:44
SƏNƏDLƏRSərəncamlar21 aprel 2018
18:42
S.R.Nuriyevin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri ...

21 aprel 2018, 18:42
SƏNƏDLƏRSərəncamlar21 aprel 2018
18:33
N.İ.Məmmədovun Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi ─ şöbə müdiri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi ─...

21 aprel 2018, 18:33