Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanqdan

16 aprel 2018, 16:25

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Vyetnam dövləti, xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Vyetnam Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın son vaxtlar əldə etdiyi nailiyyətləri daim müşahidə edir və buna sevinir. Əminəm ki, Sizin təcrübəniz sayəsində Azərbaycan uğurlu inkişafını davam etdirəcək, beynəlxalq arenada öz mövqeyini yüksəldəcək.

Şadam ki, Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətləri son vaxtlar dinamik inkişaf edir. Bizim münasibətlərimizin inkişafında Sizin mühüm rolunuzu qeyd etməmək olmaz. Cənab Prezident, xalqlarımızın mənafeyi naminə iki ölkə arasında çoxtərəfli əməkdaşlığın istiqamətlərini və onun daha da inkişaf etdirilməsi tədbirlərini müzakirə etmək və razılaşdırmaq üçün Sizin Vyetnama rəsmi səfərinizi səbirsizliklə gözləyirəm.

Fürsətdən istifadə edərək, Sizə və ailənizə möhkəm cansağlığı arzulamaq istərdim. Sizə öz nəcib vəzifənizdə yeni böyük uğurlar diləyirəm.

Qoy, Azərbaycan xalqı Sizin rəhbərliyinizlə ölkənin inkişafı işində sanballı nəticələr əldə etsin.

Dərin hörmətlə,

Çan Day Kuanq

Vyetnam Sosialist Respublikasının Prezidenti

SƏNƏDLƏRSərəncamlar21 aprel 2018
18:44
İ.İ.Kərimovun Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiy...

21 aprel 2018, 18:44
SƏNƏDLƏRSərəncamlar21 aprel 2018
18:42
S.R.Nuriyevin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri ...

21 aprel 2018, 18:42
SƏNƏDLƏRSərəncamlar21 aprel 2018
18:33
N.İ.Məmmədovun Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi ─ şöbə müdiri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi ─...

21 aprel 2018, 18:33