Rusiya Federasiyası “Beynəlxalq İslam Missiyası” Mərkəzləşdirilmiş Dini Təşkilatının sədri Şafiq Pşixaçevdən

16 aprel 2018, 15:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Mərhəmətli və Rəhmli Allahın adı ilə.

Hörmətli İlham Heydər oğlu.

Sizə və yaxınlarınıza dərin ehtiramımı bildirir, sülh, rifah və Ulu Tanrının rəhmini diləyirəm.

İcazə verin, Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi “Beynəlxalq İslam Missiyası” Mərkəzləşdirilmiş Dini Təşkilatı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim.

Ürəkdən gələn səmimi təbriklərimizi qəbul edin. Əminəm ki, zəngin təcrübəniz, enerjiniz, idarəçilik və təşkilatçılıq istedadınız Sizə Azərbaycan Respublikasının və bütün Qafqazın sakinlərinin gələcəyi naminə başladığınız kursu bundan sonra da davam etdirməyə imkan verəcək.

Allaha üz tutaraq səmimi qəlbdən Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar nəsib etməsini diləyirəm.

Hörmətlə,

Şafiq Pşixaçev

Rusiya Federasiyası “Beynəlxalq İslam Missiyası” Mərkəzləşdirilmiş Dini Təşkilatının sədri

SƏNƏDLƏRFərmanlar19 sentyabr 2018
18:06
“Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may ...

19 sentyabr 2018, 18:06
SƏNƏDLƏRSərəncamlar19 sentyabr 2018
17:45
Azərbaycan Respublikasının neft sənayesi işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ...

19 sentyabr 2018, 17:45
SƏNƏDLƏRSərəncamlar19 sentyabr 2018
17:30
Quba rayonunun İdrisqışlaq–Qasımqışlaq–Xaspolad–Zərqava–Aspərəsti–Çayqışlaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Altı min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən İdrisqışlaq–Qasımqışlaq–Xaspolad...

19 sentyabr 2018, 17:30