14 aprel 2018, 13:15

İlkin Əmirlidən, Füzuli, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin sərəncam və tapşırıqlarınıza uyğun olaraq Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və digər məktəb, uşaq bağçası və digər infrastruktur obyektləri yaradılıb, torpaq islahatı həyata keçirilib. Bütün bunlara görə sevinməmək mümkün deyil. Görülən işlər, həyata keçirilən tədbirlər əhalinin əhval-ruhiyyəsini yüksəldir, onları bütün sahələrdə uğurlar qazanmağa ruhlandırır. Füzulidə həyat qaynayır desək, yəqin ki, yanılmarıq. Düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan füzulililər öz təsərrüfatlarını genişləndirir, taxılçılıqla, pambıqçılıq və baramaçılıqla, heyvandarlıqla və kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olmaqla həm özlərinin sosial rifahlarını, məşğulluqlarını təmin edirlər, həm də respublikada ərzaq bolluğu yaradılmasına öz töhfələrini verirlər.

Biz füzulililər Sizin apardığınız məqsədyönlü siyasəti daim dəstəkləyir, dövlətçiliyimizin müdafiəsi və möhkəmlənməsi naminə ətrafınızda sıx birləşmişik. Bu firavan və xoşbəxt günümüzə görə Sizə dərin minnətdarlığımızı və hörmətimizi bildiririk.

Cənab Prezident, biz Sizin müdrik rəhbərliyiniz altında həyata keçirilən bütün işləri bundan sonra da dəstəkləyəcəyik.

Hörmətlə və ehtiramla,

Əmirli İlkin Fəxrəddin oğlu.

Azərbaycan Respublikası, Füzuli rayonu.