13 aprel 2018, 18:15

Məfkurə Əsədovadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz qaçqın və məcburi köçkünlər üçün hər cür şərait yaratmışınız. Yaşadığımız mənzillərdə hər bir şərait var. Məktəbimiz, uşaq bağçamız, mədəniyyət evimiz, tibb məntəqəmiz çox yaxşı vəziyyətdədir.

Bütün bunlara görə biz məcburi köçkünlər Sizə təşəkkür edirik. Mən ölkəmizdəki prezident seçkilərində Sizə səs verdim. Çünki məhz Sizin sayənizdə Azərbaycan Respublikasında əmin-amanlıq hökm sürür.

Hörmətlə,

Əsədova Məfkurə Məhi qızı.

Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır qəsəbəsi.