19 mart 2018, 18:56

Fərid Xayrulindən, Bakı, Azərbaycan

Hörmətli Mehriban xanım.

İcazə verin, mənim üçün etdiyiniz hər bir şeyə görə Sizə dərin təşəkkürümü bildirim. Sizin köməyiniz sayəsində müalicə olunmağım, sözün əsl mənasında, məni nəinki ayağa qaldırdı, - hərçənd tək bu özlüyündə qiymətsiz dəstəkdir, - hətta Vətənimin rifahı naminə fəal həyata qayıtmaq ümidlərimi yenidən dirçəltdi. Həddi-hüdudu olmayan minnətdarlıq hisslərimi Sizə tam şəkildə ifadə etmək üçün söz tapa bilmirəm.

Ali vəzifənizdə Sizə səmimi qəlbdən yeni-yeni uğurlar, şəxsiyyətinizə xas qayğıkeşlik və məhəbbət hissi ilə insanlar üçün gördüyünüz bütün savab işlərinizdə tükənməz nailiyyətlər arzu edirəm.

Dərin hörmətlə,

Xayrulin Fərid, jurnalist, Əməkdar Mədəniyyət İşçisi,

Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının üzvü.

Azərbaycan Respublikası, Bakı şəhəri.