İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib

14 mart 2018, 16:15

Prezident İlham Əliyev VI Qlobal Bakı Forumunun işində iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.

VI Qlobal Bakı Forumunun önəmini vurğulayan dövlətimizin başçısı bu tədbirin mütəmadi olaraq keçirilməsindən, getdikcə daha çox iştirakçını özünə cəlb etməsindən və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialının və beynəlxalq səviyyədə nüfuzunun artmasından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqanın və İsmail Serageldinin, o cümlədən İdarə Heyəti üzvlərinin bütün bu işlərə verdiyi töhfəni yüksək qiymətləndirdi və mərkəzin İdarə Heyətinin üzvlərinin fəal iş aparmaları nəticəsində bu təşkilatın fəaliyyətinin gündəliyinin genişləndiyini bildirdi.

Xoş sözlərə və Mərkəzin işinə verilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Qlobal Bakı Forumunun böyük önəm daşıdığını və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq səviyyədə nüfuzunun artdığını məmnunluqla vurğuladı. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Çində, ABŞ-da və dünyanın bir sıra ölkələrində tədbirlər keçirdiyini deyən qonaq bunu Mərkəzin fəaliyyət coğrafiyasının genişlənməsinin və dünyada bu quruma olan marağın göstəricisi kimi dəyərləndirdi.

Görüş iştirakçıları Azərbaycanın beynəlxalq rolunun artdığını, ölkəmizin sabitliyə və təhlükəsizliyə töhfə verdiyini qeyd edərək bildirdilər ki, Qlobal Bakı Forumunun fəaliyyəti dünyada gedən proseslərə müsbət təsir göstərir və artıq beynəlxalq tədbirə çevrilib.

Söhbət zamanı bu tədbirin müxtəlif tərəflər arasında fikir mübadiləsinin və müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığı vurğulandı.

Sonda xatirə şəkli çəkdirildi.

SƏNƏDLƏRFərmanlar12 iyun 2018
15:45
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1133-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilm...

12 iyun 2018, 15:45