12 mart 2018, 14:30

Xancan Babaverdiyevdən, Qobustan, Azərbaycan

Hörmətli cənab Prezident.

Kəndimizə qaz xəttinin çəkilişinə görə Şıxzahırlı sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Bu hadisə kənd sakinlərinin böyük sevincinə səbəb oldu.

Əziz Prezidentimiz, həmişə olduğu kimi, qarşıdan gələn prezident seçkilərində də ətrafınızda sıx birləşməyi özümüzə borc bilirik. Biz yeganə layiqli namizəd kimi məhz Sizi görürük. Sizə uzun ömür, möhkəm cansağlığı arzu edirik.

Hörmətlə,

Babaverdiyev Xancan Məhəmməd oğlu.

Azərbaycan Respublikası, Qobustan rayonu, Şıxzahırlı kəndi