06 mart 2018, 16:18

E.M.Rəfiyev və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə imzaladığınız Sərəncama əsasən fəxri adlara görə aylıq təqaüdləri artırılan sənət adamları sırasında Azərbaycan Dövlət Pantomima Teatrının da bir qrup əməkdaşı var. Bu Sərəncam teatrımızın yaradıcı heyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Möhtərəm cənab Prezident, ölkə mədəniyyətə və incəsənətinə göstərdiyiniz diqqət və qayğı sayəsində Azərbaycan teatrı dünyanın ən aparıcı teatrları arasında özünəməxsus yer tutub. Bu qayğı bizi yeni yaradıcılıq uğurları qazanmağa, teatrımızı ölkə hüdudlarından kənarda daha böyük həvəslə təmsil və təbliğ etməyə sövq edir, əməyimizin tərəfinizdən mütəmadi olaraq yüksək qiymətləndirilməsi bizi hər zaman daha böyük uğurlara ruhlandırır. Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Müstəqil dövlətimizin daha da inkişaf etməsi istiqamətində gördüyünüz əvəzsiz işlərinizdə Sizə bol uğur, möhkəm cansağlığı diləyir, növbəti seçkidə Sizi yenidən prezident kürsüsündə görməklə xalqımızla birlikdə tezliklə qələbə sevincini yaşamağı arzu edirik.

Hörmətlə,

Azərbaycan Dövlət Pantomima Teatrının kollektivi adından

Rəfiyev E.M

Xanızadə Bəxtiyar Oqtay oğlu Xalq Artisti, Prezident mükafatçısı

Qəribova Nargilə Dursün qızı, Əməkdar Artist

Əhmədli Bəhruz Vaqif oğlu, Əməkdar Artist.

Azərbaycan Respublikası, Bakı şəhəri.