Oktay Rəcəbov və Zemfira Qafarovadan, Bakı, Azərbaycan
Text size
05 mart 2018, 16:30
Hörmətli cənab Prezident.
Sizin bəstəkarlara və musiqişünaslara göstərdiyiniz qayğı və diqqətin nəticəsi olaraq fəxri adlara görə aylıq təqaüdlərin məbləğinin və Prezidentin fərdi təqaüdünün artırılması haqqında müvafiq Sərəncam və Fərmanınızı böyük minnətdarlıq hissi ilə qarşıladıq. Bu, bizim fəaliyyətimizə verilən böyük dəstəkdir.
Əziz Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər və qarşıdan gələn prezident seçkilərində uğurlar arzulayırıq.
Hörmətlə,
Rəcəbov Oktay, bəstəkar, Əməkdar Müəllim
Qafarova Zemfira, musiqişünas, Əməkdar İncəsənət Xadimi.
Azərbaycan Respublikası, Bakı şəhəri.