“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

01 mart 2018, 19:02

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 363; 2001, № 11, maddə 696; 2002, № 12, maddə 709; 2003, № 1, maddə 12; 2006, № 8, maddə 657; 2008, № 5, maddə 348; 2009, № 10, maddə 768; 2010, № 5, maddə 374; 2011, № 4, maddə 261, № 12, maddə 1090; 2016, № 12, maddə 1990) aşağıdakı məzmunda 4-1-ci maddə əlavə edilsin:

“Maddə 4-1. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ödənilən haqq

Enerji istehsalçıları və enerji təchizatı müəssisələri tərəfindən müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödənilir. Haqqın məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2018-ci il.

SƏNƏDLƏRSərəncamlar21 iyun 2018
18:00
Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi–Lahıc avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu ...

21 iyun 2018, 18:00
SƏNƏDLƏRSərəncamlar20 iyun 2018
18:00
İsmayıllı rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bir min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Gi...

20 iyun 2018, 18:00