Birinci vitse-prezident Mehriban Əliyeva İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb

23 fevral 2018, 13:20

Birinci vitse-prezidenti Mehriban Əliyeva İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanı qəbul edib.

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın əsrlər boyu malik olduğu mədəni, tarixi bağlantılara söykəndiyini qeyd etdi. “Biz bu tarixi və mədəni irsə çox diqqətlə yanaşırıq”, - deyən Birinci vitse-prezident bu gün dövlətlərimiz və xalqlarımız səviyyəsində, ölkələrimiz arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrin yaradılmasından məmnunluğunu ifadə etdi. Son beş il ərzində dövlət başçılarının 10 görüşünün keçirilməsini ikitərəfli münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirən Azərbaycanın Birinci vitse-prezidenti bu görüşlərin əməkdaşlığımızın möhkəmlənməsi işinə öz töhfəsini verdiyini dedi və qeyd etdi ki, əlaqələrimiz bir çox sahələri, o cümlədən iqtisadiyyat, nəqliyyat və əlbəttə, çox mühüm olan mədəniyyət sahələrini əhatə edir. Birinci vitse-prezident Mehriban Əliyeva keçən il İranda Azərbaycan mədəniyyət günlərinin, həmçinin 2017-ci ildə ölkəmizdə elan olunmuş “İslam Həmrəyliyi İli” çərçivəsində “Azərbaycan İslam mədəniyyətinin incisidir” adlı fotosərginin uğurla keçirilməsinin mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd etdi. İranın mədəniyyət günlərinin də ölkəmizdə yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edən Birinci vitse-prezident İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanın Bakıda İran kinosu günlərinin keçirilməsi ilə əlaqədar ölkəmizə səfərinin də uğurlu keçəcəyinə ümid etdiyini bildirdi.

Ötən il Azərbaycan Respublikasının İranda mədəniyyət günlərinin ən yüksək səviyyədə keçirilməsi üçün İran tərəfinin bütün səylərini əsirgəmədiyini deyən Abuzər İbrahimi Türkaman Azərbaycan tərəfinin ölkəmizdə İran kinosu günlərinin təşkil olunması üçün hər cür şərait yaratmasını yüksək qiymətləndirdi. O qeyd etdi ki, ölkələrimiz arasında əlaqələr mədəni-tarixi bağlılıqlara əsaslanır və bu gün bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.

Görüşdə bu il Naxçıvanın İslam mədəniyyəti, öz növbəsində, Təbrizin İslam turizmi paytaxtları elan olunması ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edildi, mədəniyyət və turizm sahəsində müxtəlif layihələrin həyata keçirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

SƏNƏDLƏRSərəncamlar18 iyun 2019
19:39
“Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli Sərəncamında dəyişiklik edilməsi bərədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən ...

18 iyun 2019, 19:39
SƏNƏDLƏRSərəncamlar18 iyun 2019
19:38
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial ...

18 iyun 2019, 19:38
SƏNƏDLƏRSərəncamlar18 iyun 2019
19:37
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmaya...

18 iyun 2019, 19:37
SƏNƏDLƏRSərəncamlar18 iyun 2019
19:36
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gü...

18 iyun 2019, 19:36
SƏNƏDLƏRSərəncamlar18 iyun 2019
19:35
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafi...

18 iyun 2019, 19:35
SƏNƏDLƏRSərəncamlar18 iyun 2019
19:33
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini...

18 iyun 2019, 19:33
SƏNƏDLƏRSərəncamlar18 iyun 2019
19:32
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosia...

18 iyun 2019, 19:32
SƏNƏDLƏRSərəncamlar18 iyun 2019
19:30
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülk...

18 iyun 2019, 19:30
SƏNƏDLƏRSərəncamlar18 iyun 2019
19:28
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkd...

18 iyun 2019, 19:28
SƏNƏDLƏRSərəncamlar18 iyun 2019
19:27
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki...

18 iyun 2019, 19:27
SƏNƏDLƏRSərəncamlar18 iyun 2019
19:26
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial ...

18 iyun 2019, 19:26
SƏNƏDLƏRSərəncamlar18 iyun 2019
19:23
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və dövlət qulluqçusu o...

18 iyun 2019, 19:23