14:08
İlham Əliyev Gürcüstanın Baş nazirinin birinci müavini ilə görüşüb
15 fevral 2018, 12:30Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşüb.
dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstanın uzun illər fəal əməkdaşlıq etdiklərini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, bu əməkdaşlıq təkcə Azərbaycan və Gürcüstan üçün deyil, ümumilikdə bir çox ölkələr üçün geniş imkanlar açır. “Cənub Qaz Dəhlizi” layihəsi uğurla həyata keçirilir və bu, ölkələrimizin imkanlarının və tərəfdaşlığının göstəricisidir.
Dövlət başçısı vurğuladı ki, Azərbaycan və Gürcüstan nəqliyyat sahəsində də qlobal layihələr həyata keçirirlər. Neft-qaz sahəsindəki əməkdaşlıq ölkələrimizi bir-birinə daha da yaxınlaşdırır və dayanıqlı inkişaf üçün əsas yaradır.
“Cənub Qaz Dəhlizi” layihəsinin artıq yeddi ölkəni əhatə etdiyini deyən Prezident İlham Əliyev qeyd etdi ki, istehsalçı və tranzit ölkələr arasında maraqların uzlaşdırılması çox vacibdir. Biz buna nail olmuşuq və bu, gələcək uğurlarımızın zəmanətidir.
Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili Baş nazir Giorgi Kvirikaşvilinin salamlarını Prezident İlham Əliyevə çatdırdı. Gürcüstanın bu layihədə iştirakının önəmini vurğulayan qonaq Cənub Qaz Dəhlizinin icrası nəticəsində ölkəsində minlərlə yeni iş yerinin açıldığını dedi.
Dmitri Kumsişvili vurğuladı ki, Azərbaycan və Gürcüstan birlikdə uğurlu qlobal layihələr həyata keçirirlər. Bu layihələr həm Azərbaycan, həm Gürcüstan, həm də Türkiyə və Avropa üçün böyük əhəmiyyətə malikdir.
Dövlət başçısı Baş nazir Giorgi Kvirikaşvilinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş etdi.
14:08
23:13
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb.
22 aprel 2024, 23:1321:00
20:48
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər.
22 aprel 2024, 20:4816:40
11:50
16:58
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
19 aprel 2024, 16:5816:56
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...
19 aprel 2024, 16:5616:54
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...
19 aprel 2024, 16:5416:52
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...
19 aprel 2024, 16:5216:50
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan...
19 aprel 2024, 16:5016:55
2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...
17 aprel 2024, 16:55