23:13
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb.
22 aprel 2024, 23:13Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonu qəbul edib.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon Azərbaycanda iqtisadi sahədə əldə edilmiş nailiyyətlər, həyata keçirilmiş uğurlu islahatlar münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı. Xanım Mersi Tembon bütün bu müsbət proseslərdə təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığından məmnunluq hissi keçirdiyini bildirdi. O, Azərbaycanda əldə olunan bu nailiyyətlərdən insanların faydalandığının şahidi olduqlarını dedi və qeyd etdi ki, iqtisadiyyatın şaxələndirilməsinin təmin edilməsi və iqtisadi inkişafın əldə olunması əhalinin rifah halını yaxşılaşdırır. Xanım Mersi Tembon, eyni zamanda, bildirdi ki, ölkəmizin iqtisadi inkişafı əhalinin işlə təmin edilməsi və müxtəlif fəaliyyət növləri ilə məşğul olması üçün də yaxşı imkan yaradır.
Xoş sözlərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı son illər Azərbaycanda iqtisadi inkişafın yaxşı nəticələr verdiyini vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, bu, özünü həm makroiqtisadi sahədə, həm real sektorun və eyni zamanda, qeyri-neft sektorunun inkişafında göstərib. Dövlətimizin başçısı qeyd etdi ki, ötən il ölkəmizdə 177 min daimi iş yeri yaradılıb ki, bu da rekord göstərici olub. Qeyri-neft sektorunda 3 faizə yaxın artımın olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə nəhəng infrastruktur layihələrinin uğurla həyata keçirildiyini bildirdi. Dövlətimizin başçısı bütün bu iqtisadi nailiyyətlərin, öz növbəsində, ölkəmizin davamlı inkişafı və ictimai-siyasi sabitliyin təmin olunması işinə xidmət etdiyini vurğuladı.
Azərbaycanın iqtisadi inkişafının Davos İqtisadi Forumunun hesabatlarında da öz əksini tapdığını qeyd edən Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək dünya miqyasında 35-ci yeri, eyni zamanda, ölkəmizin inkişaf etməkdə olan ölkələr sırasında inklüziv inkişaf indeksinə görə isə 3-cü yeri tutmasını məmnunluqla vurğuladı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb.
22 aprel 2024, 23:13Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər.
22 aprel 2024, 20:48Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
19 aprel 2024, 16:58Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...
19 aprel 2024, 16:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...
19 aprel 2024, 16:54Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...
19 aprel 2024, 16:52Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan...
19 aprel 2024, 16:502023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...
17 aprel 2024, 16:55Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Filippin hökuməti və xalqı adından Sizə ən səmimi təbriklərimi...
17 aprel 2024, 12:22