İlham Əliyev Ekvadorun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

26 yanvar 2018, 10:35

Prezident İlham Əliyev Ekvador Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri German Alexandro Orteqa Almeydanın etimadnaməsini qəbul edib.

Səfir German Alexandro Orteqa Almeyda fəxri qarovul dəstəsinin qarşısından keçdi.

German Alexandro Orteqa Almeyda etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Söhbət zamanı Azərbaycan ilə Ekvador arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu bildirildi, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulandı. Qeyd edildi ki, iqtisadi əlaqələrin müxtəlif sahələrdə, xüsusən idxal-ixrac sahəsində inkişaf etdirilməsi üçün yaxşı imkanlar var.

SƏNƏDLƏRSərəncamlar17 noyabr 2018
16:02
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixl...

17 noyabr 2018, 16:02