Azərbaycan Prezidenti və Bolqarıstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər

15 yanvar 2018, 18:30

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Prezident İlham Əliyev bəyanatla çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Baş nazir. 

Hörmətli qonaqlar.

Cənab Baş nazir, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Biz Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əgər belə demək mümkündürsə, biz 2018-ci ili Azərbaycanda Sizin səfərinizlə açırıq. Bu il birinci xarici qonaq dost ölkənin Baş naziri cənab Boyko Borisovdur.

Bizim əlaqələrimiz çox uğurla inkişaf edir. Biz siyasi sahədə fəal əməkdaşlıq edirik. Yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilir. Mən dəfələrlə Bolqarıstanda səfərdə olmuşam. Cənab Baş nazir Azərbaycana üçüncü dəfədir ki, səfər edir. Cənab Borisov keçən dəfə 2015-ci ildə Azərbaycanda səfərdə idi. O vaxt cənab Baş nazir birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmişdir. Biz Azərbaycanda Sizin bu mərasimdə iştirakınızı yüksək qiymətləndiririk, bunu yadda saxlayırıq və bir daha buna görə Sizə minnətdarıq.

Bu gün biz əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha təsdiq etdik ki, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcək. İqtisadi sahədə biz çalışmalıyıq ki, aramızdakı ticarət dövriyyəsinin həcmini artıraq. Hazırda bu, lazımi səviyyədə deyil. Müvafiq göstərişlər verildi ki, qısa müddət ərzində ticarət dövriyyəsinin artırılması istiqamətində konkret addımlar atılsın. Hesab edirəm ki, qarşılıqlı sərmayə qoyuluşu üçün də yaxşı imkanlar var və biz bu istiqamətdə də işləyəcəyik.

Əlbəttə ki, bu gün danışıqlarımızın əsas mövzusu energetika sahəsi ilə bağlı idi. Bildiyiniz kimi, bu sahədə biz tərəfdaşıq. Azərbaycan və Bolqarıstan birlikdə digər ölkələrlə bərabər Cənub Qaz Dəhlizinin icrasını təmin edirlər. Azərbaycanın zəngin qaz yataqları vardır. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Cənub Qaz Dəhlizinin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaqdır. Hazırda Azərbaycan nefti bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və yaxın gələcəkdə Azərbaycan qazı da eyni funksiyanı daşıyacaqdır. Cənub Qaz Dəhlizinin icrası uğurla gedir. “Şahdənz-2” layihəsinin icrası 99 faizə çatıbdır. “Şahdəniz-2” Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır. Eyni zamanda, bu il TANAP layihəsinin başa çatması nəzərdə tutulmuşdur. Bu layihənin icrası da 90 faizə çatıbdır. Beləliklə, bütün işlər qrafik üzrə gedir və bu nəhəng layihə uğurla icra edilir. Cənub Qaz Dəhlizinin icrasından sonra Avropanın enerji təhlükəsizliyi məsələləri daha da möhkəm təməl üzərində qurulacaqdır və biz şadıq ki, Azərbaycan bu məsələyə öz töhfəsini verməkdədir.

Bir neçə ildən sonra 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstan ərazisinə nəql ediləcəyini nəzərə alaraq, biz bu gün cənab Baş nazirlə müvafiq qurumların rəhbərlərinə göstəriş vermişik ki, tezliklə Azərbaycan şirkəti SOCAR-ın Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdırsınlar və imkanları haqqında məlumatlar versinlər.

Azərbaycan ölkə daxilində qazlaşdırmanı uğurla icra edir. Hazırda ölkəmizin 93 faizi qazlaşdırılıb və cari ilin sonuna qədər bu rəqəm 95 faizə çatacaqdır. Bununla paralel olaraq, digər ölkələrdə də SOCAR qazlaşdırma ilə bağlı investor kimi fəaliyyət göstərir, o cümlədən Gürcüstanda və Albaniyada. Albaniyanın qazlaşdırılması ilə bağlı müvafiq memorandum imzalanmışdır. Hesab edirəm ki, Bolqarıstanda da qazlaşdırma ilə bağlı SOCAR-ın investor kimi fəaliyyəti həm SOCAR üçün, həm Bolqarıstan istehlakçıları üçün önəmli hadisə ola bilər. Müvafiq göstərişlər verilmişdir və əminəm ki, danışıqlar tezliklə başlanacaq.

Mən cənab Baş nazirə məlumat verdim ki, keçən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun Bakıda təntənəli açılışı olmuşdur. Bu dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsini yenidən tərtib edir. Bu, Avropa ilə Asiya arasında ən qısa nəqliyyat marşrutu olacaqdır. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu işləyir və məsafə baxımından Avropa və Asiya arasında ən qısa yoldur. Vaxt baxımından isə cəmi iki həftə ərzində Asiyadan Avropaya yüklər bu dəhliz vasitəsilə daşına bilər. Əlbəttə, Bolqarıstan da bu dəhlizin üzərində yerləşdiyi üçün biz göstərişlər verdik ki, müvafiq qurumlar bu məsələni də müzakirə etsinlər və yükdaşımalarının artırılması istiqamətində işlər görülsün.

Bildiyiniz kimi, sabah Bakı-Sofiya marşrutu ilə birinci aviareys təşkil ediləcəkdir. Azərbaycanın “Buta Airveys” şirkəti birinci reysi icra edəcək. Bu da çox əlamətdar hadisədir. Bu reys əlbəttə ki, insanları bir-birinə daha da sıx bağlayacaq, insanlararası əlaqələr güclənəcək, turizmin inkişafına təkan veriləcək və bir sözlə, Bolqarıstan-Azərbaycan dostluğunu daha da möhkəmləndirəcəkdir.

Onu da qeyd etməliyəm ki, biz humanitar sahədə də əməkdaşlığımızı dərinləşdiririk. Azərbaycanda Bolqarıstanın mədəniyyətinə, tarixinə, ədəbiyyatına çox böyük maraq var. Bakı Slavyan Universitetində bolqar dili və ədəbiyyatı mərkəzi fəaliyyət göstərir. Əlbəttə ki, humanitar sahədəki əməkdaşlıq, insanlar arasındakı ünsiyyət bizim dostluğumuzu daha da möhkəmləndirir və möhkəmləndirəcəkdir.

Mən Baş nazir Borisova Bolqarıstanın Avropa İttifaqına sədrliyi ilə bağlı təbriklərimi çatdırdım. Bu, Bolqarıstanın böyük uğurudur və böyük məsuliyyətidir. Əminəm ki, Bolqarıstan bu şərəfli missiyanı uğurla icra edəcək. Eyni zamanda, Bolqarıstanın sədrliyi dövründə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradılacaq, xüsusilə hazırda Avropa İttifaqı ilə biz yeni saziş üzərində iş aparırıq və danışıqlar çox uğurla davam etdirilir.

Bir sözlə, əziz dostlar, qonaqlar, sizin səfərinizə biz çox böyük əhəmiyyət veririk. Bolqarıstan bizim üçün yaxın, dost ölkədir, sizin səfəriniz bu dostluğu daha da möhkəmləndirir. Sağ olun.

X X X

Sonra Baş nazir Boyko Borisov bəyanatla çıxış etdi.

Bolqarıstanın Baş naziri Boyko Borisovun bəyanatı

-Hörmətli cənab Prezident. 

Qonaqpərvərliyə görə Sizə təşəkkür edirəm. Trapezitsa kompleksi üçün görülən işlərə görə Sizə minnətdarlığımı bildirmək istərdim. Bizim Prezident cənab Radevin salamlarını Sizə çatdırmaq istərdim. Mən ümidvaram ki, Siz bu ilin ikinci yarısında ölkəmizə işgüzar səfər edəcəksiniz və biz Sizin rəhbərliyinizlə böyük nümayəndə heyətini qəbul edə biləcəyik.

Mən Sizin söylədiklərinizi təkrar etmək istəməzdim. Lakin mən Sizin dediklərinizin Bolqarıstan üçün əhəmiyyətini qeyd etmək istərdim. Bolqarıstan ərazisinin cəmi 3 faizi qazlaşdırılıb. Eyni zamanda, biz qeyd edə bilərik ki, son günlər, xüsusən də qış dövründə hava çirklənir, özü də səbəb sənaye istehsalı və avtonəqliyyat deyil, məişətdə odun və kömürün yanacaq kimi istifadə olunmasıdır. Biz istərdik, elə məişət yanacağından istifadə olunsun ki, ətraf mühitə zərər yetirilməsin.

SOCAR-ın dəstəyi və Azərbaycan qazının tədarükü sayəsində qonşu Gürcüstan qazlaşdırılıb. Biz çoxdandır ki, Bolqarıstanın qazlaşdırılması üçün iki variantın mövcudluğu barədə danışırıq. Ümid edirik ki, iyun ayında Yunanıstanda interkonnektorun tikintisi başlayacaq və iyulda Türkiyə ilə sərhəddə interkonnektor işə düşəcək. Qeyd etmək istərdim ki, hörmətli Prezident İlham Əliyevin xeyir-duası ilə bizim şirkətlə SOCAR arasında 1 milyard kubmetr həcmində Azərbaycan qazının sərfəli qiymətlərlə çatdırılması məsələsi həllini tapacaq. Əgər hörmətli Azərbaycan Prezidentinin dəstəyi ilə ölkəmizin qazlaşdırılmasına nail olsaq, biz əhalinin sosial cəhətdən zəif təbəqəsi üçün qazın təchizatı mümkünlüyünü təmin edə biləcəyik və onlar daha odundan, kömürdən istifadə etməyəcəklər. Hər iki ölkənin energetika və iqtisadiyyat nazirlərinin iştirakı ilə bu işin həyata keçirilməsi üçün miqdar və müddətə dair plan tətbiq ediləcək. Çünki Azərbaycan tərəfi qazın təchizatının ən sərfəli qiymətlərini təklif edir. Bir milyard kubmetr qaz Bolqarıstanda böyük sayda evləri məişət qazı ilə təmin edəcək.

Nəqliyyat dəhlizlərinə gəlincə, mən xatırlayıram ki, Prezident Əliyevlə çoxdankı ilk görüşümüz zamanı biz bir çox ölkələrin sabotaj etdiyi Azərbaycan və Türkiyə arasında dəmir yolu dəhlizinin inkişafı perspektivləri barədə danışırdıq. Bu isə Avropaya ən qısa nəqliyyat dəhlizidir. Biz, həmçinin bunun inkişafı üçün öz dəmir yolu şəbəkələrimizi hazırlayırıq. Bu, həm Azərbaycan, həm Qazaxıstan, həm də Çinlə əlaqə deməkdir. Bu nəqliyyat qovşağı bizim dəmir yolu stansiyalarımıza, oradan isə bütün Avropa ölkələrinə çıxa bilər. Bizim “Berlin Prosesi”nə əsasən 8 nömrəli, 10 nömrəli nəqliyyat dəhlizlərinə dair birgə gördüyümüz işlər bu yolların Skopyeyə gəlib çatmasına imkan verəcək. Mən Bolqarıstanla müqaviləni ratifikasiya edən makedoniyalı dostlarımızı təbrik etmək istərdim. Bu, çox vacib müqavilədir. Ümid edirik ki, onu sonra bütün ölkələr imzalaya biləcəklər. Bu nəqliyyat dəhlizi Albaniyaya çıxan dəmir yolu xəttinin bir qoludur və avtomobil yolu yaxşı imkanlar açır. Solonikidən şaxələnən avtomobil yolunda iki körpü mövcuddur - Vrusi və Vedeno-Sofiburkas körpüləri. Sofi-Soloniki avtomobil yolunun üçdə iki hissəsi işlək vəziyyətdədir və gələn il tam istifadəyə veriləcək. Hər iki tərəfə böyük həcmdə yüklər daşına biləcək. İcazə verin, Sizi bu dəmir yolunun tikintisinə dair maneələrin aradan qaldırılması münasibətilə təbrik edim. Çox gözəldir ki, bu yol artıq işləyir.

Bolqarıstandan Azərbaycana əsasən kənd təsərrüfatı, iqtisadiyyat sahələrində məhsulların ixracı həyata keçirilir. Biz ümid edirik ki, bu imkanları genişləndirə bilərik. Əgər Azərbaycan qazının Bolqarıstana təchizatı baş tutarsa, biz bu əmtəə mübadiləsini tarazlaşdıra bilərik. Bütün bu investisiyaların yatırılması, birbaşa nəqliyyatın mövcudluğu, - nəzərə alsaq ki, biz Bakıya təyyarə ilə üç saata gələ bilərik, - bizə iqtisadiyyatı, turizmi inkişaf etdirməyə rəvac verəcək və Azərbaycan turistlərinə Bolqarıstanın dağ və dəniz kurortlarına gəlmələrinə imkan yaradacaq. Bolqar turistləri sizin qədim diyarınıza böyük maraq göstərirlər. Bu, hər iki ölkə üçün faydalıdır.

Təbii ki, Brüsseldə bizim həmkarlarımızla söhbət zamanı Avropa Oyunlarının müsəlman ölkəsində keçirilməsinin boykot edilməsi tendensiyası müşahidə olunurdu. Kimsə bu tədbiri pozmağa çalışırdı. Biz bunu bilirik. Təbii ki, bununla bağlı bizim başqa mövqeyimiz vardı. Deməzdim ki, bu, hansısa ayrıca bir siyasətdir. Viza rejiminin sadələşdirilməsi də əlaqələrimizin genişləndirilməsinə töhfə verə bilər. Mən öz üzərimə məsuliyyət götürərək, Avropa İttifaqındakı həmkarlarımla Ukrayna, Gürcüstan və Moldova ilə viza rejiminin asanlaşdırılmasını müzakirə etdim. Düşünürəm ki, biz bu istiqamətdə rahat fəaliyyət göstərə bilərik. Mən bunu etməyə çalışa bilərəm. Amma bu, Avropa İttifaqındakı əsas həmkarlarımdan da asılıdır. Sizə təşəkkür edirəm.

SƏNƏDLƏRSərəncamlar14 iyun 2019
19:43
“Yeyinti məhsulları haqqında” və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1591-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Yeyinti məhsulları haqqında” və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respub...

14 iyun 2019, 19:43
SƏNƏDLƏRSərəncamlar14 iyun 2019
19:27
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli, “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli və “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara ...

14 iyun 2019, 19:27
SƏNƏDLƏRFərmanlar14 iyun 2019
19:25
“Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin...

14 iyun 2019, 19:25
SƏNƏDLƏRFərmanlar14 iyun 2019
19:10
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1583-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3...

14 iyun 2019, 19:10
SƏNƏDLƏRFərmanlar14 iyun 2019
18:40
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramının təsdiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 383 nömrəli, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” 2000-ci il 23 dekabr tarixli 432 nömrəli, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 9 avqust tarixli 549 nömrəli və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara ...

14 iyun 2019, 18:40
SƏNƏDLƏRFərmanlar14 iyun 2019
18:15
Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli və “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara ...

14 iyun 2019, 18:15
SƏNƏDLƏRFərmanlar14 iyun 2019
17:30
Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 fevral tarixli 1816 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2003-cü il 23 dekabr tarixli 7 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sahibkarlıq fəaliyyəti haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Res...

14 iyun 2019, 17:30
SƏNƏDLƏRFərmanlar13 iyun 2019
18:00
Azərbaycan Respublikası Prezidentinin “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 1999-cu il 5 fevral tarixli 90 nömrəli, “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında” 2008-ci il 11 noyabr tarixli 12 nömrəli fərmanlarında, 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də, 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də, 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nda və 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli Fərmanı ilə təsdiq edilmiş “www.azexport.az” internet portalı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası...

13 iyun 2019, 18:00