Bolqarıstan Prezidenti Rumen Radev İlham Əliyevə telefonla zəng edib

09 yanvar 2018, 14:50

Bolqarıstan Prezidenti Rumen Radev yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Rumen Radev dövlətimizin başçısını Yeni il münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bolqarıstan Prezidenti, eyni zamanda, bu yaxınlarda Bakıdan Sofiyaya birbaşa hava xəttinin açılması ilə bağlı Prezident İlham Əliyevə minnətdarlığını bildirərək, bunun iki ölkə arasında əlaqələrin möhkəmlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev, öz növbəsində, Bolqarıstan Prezidenti Rumen Radevə Yeni il münasibətilə təbriklərini çatdırıb. Dövlətimizin başçısı yeni açılmış Bakı-Sofiya hava xəttinin Azərbaycan-Bolqarıstan əməkdaşlığının daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Bolqarıstan Prezidenti “Cənub Qaz Dəhlizi” layihəsinə toxunaraq bunun Avropanın qaz təchizatının şaxələndirilməsi baxımından əhəmiyyətini və bu layihədə Azərbaycanın həlledici rolunu xüsusi vurğulayıb, Azərbaycanın Bolqarıstanın qazlaşdırılması işində iştirakında ölkəsinin maraqlı olduğunu qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizinin icrası uğurla davam etdirilir, bu il TANAP layihəsinin başa çatması gözlənilir və yaxın gələcəkdə Azərbaycan qazı Bolqarıstan ərazisinə çatdırılacaqdır.

Söhbət zamanı Prezident Rumen Radev Azərbaycan Prezidentini Bolqarıstana rəsmi səfərə dəvət edib.

Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.

SƏNƏDLƏRSərəncamlar21 avqust 2019
18:45
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1659-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan...

21 avqust 2019, 18:45
SƏNƏDLƏRQanunlar21 avqust 2019
18:40
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli ...

21 avqust 2019, 18:40
SƏNƏDLƏRSərəncamlar21 avqust 2019
18:10
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Xüsusi Dövlət Mühafizə Xidmətinin aşağıdakı hərbi q...

21 avqust 2019, 18:10
SƏNƏDLƏRFərmanlar19 avqust 2019
21:30
“Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əl...

19 avqust 2019, 21:30
SƏNƏDLƏRFərmanlar19 avqust 2019
20:20
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Gənclər siyasəti haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1661-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haq...

19 avqust 2019, 20:20
SƏNƏDLƏRQanunlar19 avqust 2019
20:15
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Gənclər siyasəti haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun icrasını...

19 avqust 2019, 20:15
SƏNƏDLƏRQanunlar19 avqust 2019
19:55
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 17-ci və 24-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azə...

19 avqust 2019, 19:55