İlham Əliyev Ekvatorial Qvineyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

08 yanvar 2018, 14:15
İlham Əliyev Ekvatorial Qvineyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Ekvatorial Qvineyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Esono Miça Akenqin etimadnaməsini qəbul edib.

Səfir Xose Esono Miça Akenq fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xose Esono Miça Akenq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı İlham Əliyev Xose Esono Miça Akenqin Azərbaycana bu səfərinin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olacağına və onun Bakıda olarkən ölkəmizin müvafiq qurumlarının rəhbərləri ilə görüşləri zamanı əməkdaşlığımızın perspektivlərinin müəyyənləşdiriləcəyinə ümid etdiyini bildirdi.

Səfir ölkələrimizin neft və qaz istehsalçısı olduğunu vurğulayaraq diplomatik fəaliyyəti dövründə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi.

Görüşdə ölkələrimiz arasında əvvəllər mövcud olan əlaqələrin bərpa edilməsinin önəmi vurğulandı, müxtəlif istiqamətlərdə, xüsusilə də enerji, təhsil, sərmayə qoyuluşu, idxal-ixrac sahələrində və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsinin vacibliyi bildirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10