İlham Əliyev Gürcüstanın maliyyə nazirini qəbul edib

22 dekabr 2017, 13:00

Prezident İlham Əliyev Gürcüstanın maliyyə naziri Mamuka Baxtadzeni qəbul edib.

Prezident İlham Əliyev Mamuka Baxtadzeni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı.

Təbrikə görə minnətdarlığını bildirən Mamuka Baxtadze bundan əvvəl “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin baş direktoru vəzifəsində çalışarkən Bakı-Tbilisi-Qars layihəsinin icrasında iştirak etməsini məmnunluqla vurğuladı.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, ölkələrimizin maliyyə qurumları arasında əməkdaşlığın bu işə verdiyi töhfə qeyd olundu.

Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi qlobal layihələrə toxunulan görüşdə Bakı-Tbilisi-Qars layihəsinin regional və beynəlxalq iqtisadi əməkdaşlıq baxımından önəmi qeyd edildi.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏRSərəncamlar23 iyun 2018
15:37
Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci i...

23 iyun 2018, 15:37