İlham Əliyev Sudanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

08 dekabr 2017, 10:00

Prezident İlham Əliyev Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abbas Mustafa Əhməd Abdallayın etimadnaməsini qəbul edib.

Səfir Abbas Mustafa Əhməd Abdallay fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Abbas Mustafa Əhməd Abdallay etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu qeyd edərək əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Prezident İlham Əliyev qeyd etdi ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT-də və İslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlıq həyata keçirir. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, Abbas Mustafa Əhməd Abdallay səfirlik fəaliyyəti dövründə əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, investisiya, humanitar sahələrdə daha da möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcək.

Səfir Abbas Mustafa Əhməd Abdallay Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd əl-Bəşirin salamlarını dövlətimizin başçısına çatdırdı. Abbas Mustafa Əhməd Abdallay qeyd etdi ki, Sudan Respublikasının Prezidenti ona dost Azərbaycanla iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylər göstərilməsi ilə bağlı tapşırıq verib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir bildirdi ki, bu məsələ ilə bağlı Sudan Respublikasının mövqeyi dəyişməzdir və dəyişməz olaraq qalacaqdır. Azərbaycanın işğal altındakı bütün torpaqları azad olunmalı və ərazi bütövlüyü bərpa edilməlidir.

Səfir Abbas Mustafa Əhməd Abdallay ölkəsinin Azərbaycanla iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu dedi.

Prezident İlham Əliyev Sudan Respublikasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tutduğu ədalətli mövqeyə görə təşəkkürünü bildirdi.

Dövlət başçısı Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd əl-Bəşirin salamlarına görə minnətdarlıq etdi, onun da salamlarını Sudan Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.

SƏNƏDLƏRSərəncamlar17 oktyabr 2021
17:45
Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Füzuli Memorial Kompleksinin (Füzuli İşğal Muzeyi və Memorial Parkı, Füzuli Zəfər Muzeyi, Füzuli Zəfər Abidəsi və Füzuli Bayraq Meydanı) layihələndirilməsi və ti...

17 oktyabr 2021, 17:45
SƏNƏDLƏRSərəncamlar14 oktyabr 2021
14:20
Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (33 km)–Pirəkəşkül avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı–Şamaxı–Yevlax (33 km)–Pirəkəşkül avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluş...

14 oktyabr 2021, 14:20
SƏNƏDLƏRSərəncamlar13 oktyabr 2021
14:35
Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurul...

13 oktyabr 2021, 14:35