XXX Yay Olimpiya Oyunlarına hazırlıq haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

22 iyun 2010, 09:59

Müstəqil Azərbaycan Respublikasında Olimpiya hərəkatı ildən-ilə geniş vüsət alır. Ölkəmizin idmançılarının 2008-ci il Pekin Olimpiadasında 1 qızıl, 2 gümüş və 4 bürünc medal əldə edərək böyük nailiyyət qazanması bunun parlaq təcəssümüdür.

Böyük Britaniyanın London şəhərində 2012-ci ildə keçiriləcək növbəti XXX Yay Olimpiya Oyunlarına Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin müvafiq idman federasiyaları tərəfindən hazırlıq işləri aparılır. Müxtəlif irimiqyaslı yarışlarda idmançılarımızın son dövrlərdəki qələbələri və yeni gənc idmançılar nəslinin aşkar olunan potensial imkanları bu Olimpiya Oyunlarında yüksək nəticələr göstərilərək, əvvəlki mövqelərin daha da yaxşılaşdırılacağına inam yaradır.

Azərbaycanın milli olimpiya komandasının 2012-ci ildə London şəhərində keçiriləcək XXX Yay Olimpiya Oyunlarına mütəşəkkil hazırlanması, bu mərhələdə onların rəsmi beynəlxalq yarışlara qatılması, lisenziyaların qazanılması və idmançıların London Olimpiadasında iştirakının lazımi səviyyədə təmin olunması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təqdim etdiyi xüsusi proqramlara əsasən milli yığma komandaların XXX Yay Olimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsi, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakı, ölkədə lisenziya yarışlarının təşkili, Azərbaycan nümayəndə heyətinin Olimpiya Oyunlarında iştirakı və digər tədbirlərin həyata keçirilməsi ilə bağlı zəruri maliyyə vəsaitinin ayrılmasını təmin etsin;

1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2010-cu il.

SƏNƏDLƏRQanunlar21 oktyabr 2021
15:35
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

21 oktyabr 2021, 15:35
SƏNƏDLƏRQanunlar21 oktyabr 2021
15:32
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 1 fevr...

21 oktyabr 2021, 15:32
SƏNƏDLƏRSərəncamlar20 oktyabr 2021
18:10
Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü insan hüquqlarının və çoxsaylı beynəlxalq hüquq normalarının pozulması, sosial-iqtisadi fəsadlar və mədəni irsə vurulan ziyanla yanaşı, misli görünməmiş ekoloji terror, təbii sərvətlərin genişmiqy...

20 oktyabr 2021, 18:10