İlham Əliyev Hindistanın xarici işlər üzrə dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

30 noyabr 2017, 11:40

Prezident İlham Əliyev Hindistan Respublikasının xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini vurğulayan Hindistanın xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbar dedi: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Sizin rəhbərliyinizlə ölkənizdə əldə edilən sabitlik və inkişafla bağlı Hindistanın Baş naziri, rəhbərliyi və xalqı adından Sizi təbrik edirəm”.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Azərbaycanın müstəqillik illərində böyük uğurlar əldə etdiyini, sabit və sürətlə inkişaf edən ölkəyə çevrildiyini vurğuladı.

Dövlətimizin başçısı Hindistan Respublikasının xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbarın ölkəmizə bu səfərinin ikitərəfli münasibətlərimizin perspektivlərinin müzakirə edilməsi üçün yaxşı imkan yaratdığını dedi.

Söhbət zamanı “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində Bakıda keçiriləcək Nazirlər Konfransının regional əməkdaşlığın gücləndirilməsi, Əfqanıstana beynəlxalq səviyyədə göstərilən dəstəyin artırılması baxımından önəmi qeyd edildi.

SƏNƏDLƏRFərmanlar12 iyun 2018
15:45
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1133-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilm...

12 iyun 2018, 15:45